
«Şeyxülislam Allahşükür Paşazadə dini televiziyanın açılması ilə bağlı təklif irəli sürüb. Lakin bu, hələ dini telekanalın açılması demək deyil». Bu fikri Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov səsləndirib. O, qeyd edib ki, yaxın gələcəkdə MTRŞ tərəfindən teleradio yayımı üçün müsabiqənin elan edilməsi gözlənilmir. Hər kəs təklif verə bilər. Lakin mövcud reklam bazarı və digər məsələlər müzakirə olunduqdan sonra müsabiqə elan olunur. «Azərbaycanda mövcud telekanalların sayı ölkə üçün daha çoxdur. Ona görə də yeni telekanalın açılması yaxın gələcək üçün məqsədə üyğun deyil»- deyə şura rəsmisi bildirib.
19:00 / 28.09.2016