/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Lider» TV - 16

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün milyonların sevimlisinə və bizim doğma ailəmizə çevrilən «Lider» televiziyası 16 yaşını qeyd edir. Bu illər ərzində daim işimizi üç prinsip əsasında qurduq. Maarifçilik, peşəkarlıq və vicdan. Odur ki, birlikdə liderlik adını qoruyan «Lider» TV-nin 16 illik yaradıcılıq yoluna nəzər salaq.
2000-ci il sentyabrın biri. İlk dəfə bu gün liderin sədasını bütün dünya eşitdi. Elə bu tarixdən etibarən telekanal yüksək zirvələri hədəf götürərək biri-birinin ardınca triumflara imza atdı. Bu uğurların önündə «Səda» informasiya buraxılışı həmişə göründü. Çünki doğru və operativ xəbərlə tamaşaçının inam və sevgisini qazana bildi.
Bütün bölgələrdən, qaynar cəbhə xəttindən operativ xəbərlərlə çıxdıq qarşınıza. Elə bu ilin aprelində ordumuzun göstərdiyi şücayəti də liderçilər böyük fərəh və entuziazmla işıqlandırdılar. Kollektivimiz bir nəfər kimi informasiya müharibəsində düşmənin təxribatlarına cavab verdi. Azərbaycan həqqiqətlərini bütün dünyaya çatdırdı. Elə azad olunan yüksəkliklərə bayrağımızı ilk sancan də liderçi oldu. Ümumiyyətlə, «Lider» televiziyasının bölgə müxbir postları ölkəmizin qarış-qarış tanıdılmasına, mədəni, sosial və iqtisadi sahəyə aid reportajları ilə kanalın evirində xüsusi nəzərə çarpır. Qurudan, sudan, havadan gəldik tamaşaçı ilə görüşə. «Lider» televiziyası daim keçmiş ənələrinə söykənərək gələcək üçün təkmilləşir və müasirləşir. «Lider» ailəsi istedadlı gənclərə qucaq açır. Kollektivdə on ildən artıq çalışan əməkdaşlarımız bizim qiymətsiz təcrübə, yeni gələn nəsil isə kreativ ideyalar mənbəyimizidir. Lider televiziyası xəbər, əyləncə, maarifləndirmə kanalından əlavə bir analitik araşdırma mərkəzidir. «Geosiyasət», «Panoram» və «Səda həftə» proqramları ölkə, region və dünyada baş verən bütün siyasi hadisələri təhlil edir, lazım gəldikdə proqnozlar verir. Azərbaycan teleməkanında peyk vasitəsilə yayım aparan ilk müstəqil televiziya olduq. Ölkəmizin sədasını bütün Avropa eşitdi. Təkmil və müasir maddi -texniki baza isə bu işin əsasını təşkil edir. Ötən illər ərzində yadda qalan məqamlar çox oldu. Tamaşaçıya ən son xəbəri çatdımaq üçün qapıdan çıxarılsalar da, pəncərədən girdik.
Bütün bunlar liderçilərin məhz auditoriya qarşısındakı məsuliyyətinin təzahürüdür. «Lider» TV yarandığı bir gündən ucuzlu piar güdmədi. Daima intelektin, yüksək zövqün arxasınca getdi. Bu studiyadan səsləndirilən fikirlər ictimai rəyin vertikalını müəyyənləşdirdi. Şüarımıza sadiq qalaraq, demirik ki bizimlə qalın, biz sizinləyik…

13:00 / 01.09.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 1900
Bu ay: 151641
Ümumi: 14286002
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın