/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Könüllü qan donorlarının sayı artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkəmizdə könüllü qan donorlarının sayında çoxalma müşahidə olunur. Beləki 5 il ərzində təmənnasız qan verənlərin sayı 2 dəfə artıb. Tədadarük edilmiş qan və qan komponentləri ehtiyacı olan xəstələrin vəziyyətinin yaxşılaşdırılmasına sərf olunur. 2011-ci ildən etibarən ölkəmizdə könüllü qan donorlarının sayının çoxalması istiqamətində tədbirlər planı həyata keçirilir. Bu müddətdə idarə və təşkilatlarda 800-ə yaxın qanvermə aksiyası təşkil edilib. Müvafiq tədbirlər nəticəsində müalicə-profilaktika müəssələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qanla təmin edilməsində mövcud olan problemlər aradan qaldırılıb. Onu da deyək ki, könüllü donorlar ancaq hər iki ayın tamamında qan verə bilərlər. Mütəxəssislər deyir ki, hər kəs qan verməklə həm kiminsə həyatını xilas edir, həm də öz qanını yeniləmiş olur.

Könül Rafiqqızı

19:00 / 07.02.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 15
Bu gün: 6025
Bu ay: 134647
Ümumi: 14269008
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın