/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Allahşükür Paşazadə: «Yaxın Şərqdə, Avropa ölkələrində yaşananlar dinlərarası savaşdır»

Şriftin ölçüsü:  11px13px15px17px

Dinlərarası və məzhəblərarası savaşlar dünyada geniş vüsət aldığı bir zamanda ölkəmizdə hər kəs tolerantlıq nümayiş etdirir. Azərbaycandan başqa elə bir dövlət yoxdur ki, orada multikulturalizm və tolerantlıq mükəmməl şəkildə təşkil olunsun. Bütün Qafqazın Şeyxi hacı Allahşükür Paşazadə «Lider» televiziyasına ekskluziv açıqlamasında belə deyib. Bildirib ki, 2016-cı ilin multukulturalizim ili elan olunması bir sıra amillərlə bağlıdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirir ki, Yaxın Şərqdə baş verən hadisələr, İŞİD terror təşkilatının mövcudluğu birbaşa islamafobiya yaratmaq üçün istifadə edilən vasitələrdir. Təbii ki, İslamın bu cür təqdim olunması müsəlmanlarla digər din nümayəndələri arasında yeni savaşların təməlini qoymağa hesablanıb. Bu fikirlər həm də azərbaycanlının dünyaya tolerantlıq çərçivəsindən baxışıdır. Təbii ki, bu gün dünyada multikultural anlayışın formalaşdırılmağa çalışıldığı bir zamanda mədəniyyətlərarası vəhdətin bariz nümunəsi kimi məhz Azərbaycanı göstərmək olar. Xüsusilə mədəniyyətlərarası münasibətlər deyərkən burada dini baxışları müxtəlif olan insanları bir araya gətirmək o qədərdə asan deyil. Təbii ki, dünyada gedən bu proseslərdən yararlanmaq istəyən dövlətlər həta, yeni münaqişə ocaqları yaratmaqdan belə çəkinmirlər. Çünki yeni münaqişə ocaqları yeni-yeni qənimətlər deməkdir. Bu qarşıdurmanın yaradılmasında isə təbii ki, dini dözümsüzlüklərdən geniş istifadə olunur. Və bu da əlbətdə bu cür siyasi həmlələr multikulturalizm anlayışına yad olan yerlərdə daha effektlidir. vüsal Qaraca

13:00 / 21.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 425
Bu ay: 286811
Ümumi: 13776427
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın