/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

“Donuz qripi” təhlükəsi artır

Şriftin ölçüsü:  11px13px15px17px

Səhiyyə Nazirliyi qonşu ölkələrdə yayılan “donuz qripi” epidemiyası ilə bağlı ölkə vətəndaşlarına müraciət edib. Vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı - mədəni və digər tədbirlərə qatılmamaq tövsiyə olunub.
Son günlər dünyanı təşvişə salan "donuz qripi"nə yoluxma halları Azərbaycanda qeydə alınmayıb. Eyni zamanda ölkədə mövsümi qripin və digər kəskin respirator xəstəliklərin səviyyəsi də son illərin orta göstəricisini aşmayıb. Lakin bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi Azərbaycan üçün real təhlükə kəsb edir. Bu səbəbdən profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Qonşu dövlətlərdə isə h1 n1 virusu təhlükəsi genişlənməkdədir. Xəstəliyə yoluxanların və ölənlərin sayı artır. Dünən Türkiyədə daha 3 nəfər “donuz qripi”-ndən ölüb. Bununla da qonşu ölkədə virusdan dünyasını dəyişənlərin sayı 16-ya çatıb. Gürcüstanda isə 27 nəfərin “donuz qripi”-nə yoluxduğu bildirilir. Bu ölkədə vətəndaşların peyvənd olunmasına başlanılıb. Bu günədək 12 min gürcüstan vətəndaşı dövlət xətti ilə peyvənd edilib. 8 min nəfər isə özəl xəstəxanalarda bu prosesdən keçib. Bütün ölkə əhalisinin fevralın sonunadək h1n1 virusuna qarşı peyvənd olunacağı açıqlanıb. Dağıstanda isə ötən il dekabrın 1-dən bu günədək təxminən 60 nəfərdə “donuz qripi”-nə yoluxma halı qeydə alınıb. Ermənistan da bu virusun əsiridir. Ölkədə «donuz qripi»-ndən ölənlərin sayı 13 nəfərə çatıb. Sonuncu 2 xəstə ötən gün həyatını itirib.

İlqar Qulusoy

13:00 / 16.01.2016
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 2119
Bu ay: 151860
Ümumi: 14286221
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın