
Ana ölümlərinin qaşısını almaq üçün bu ildən ölkəmizdə kritik vəziyyətdə olan hamiləliklər araşdırılacaq. Bu məqsədlə Səhiyyə Nazirliydə yeni komisiyya yaradılıb. 2014-cü ildə 25, 2015-ci ildə isə 23 ana ölümü qeydə alınıb. Yeni yaradılan komisiyanın məqsədi kritik vəziyyətdə olan hamiləlikləri vaxtında aşkarlanması və profilaktik tədbirlərin görülməsidir. Ötən il ana ölümü Gəncə, Lənkəran və aran rayonlarında qeydə alınıb. Həkimlər deyir ki, bütün hamiləliklər qeydə alınmalıdır. Əks halda bədbəxt hadisələrin baş verməsi qacılmazıdır. Ana ölümünə görə birinci növbədə hamilə qadın, ikinci növbədə həkimlər, daha sonra isə Səhiyyə Nazirliyi məsuliyyət daşıyır.
Muşahidələr göstərir ki, çox vaxt ana olmağa hazırlaşan xanımlar vaxtında müayinələrdən keçmirlər. Səhiyyə Nazirliyinin doğuşa yardım komisiyasının sədri Leyla Rzaquliyeva deyir ki, ana ölümlərinin əsas səbəbi preeklampsiya adlanan xəstəlikdir. Əgər bu xəstəlik vaxtında aşkar edilərsə ananın həyatı xilas edilə bilər. Leyla Rzaquliyeva deyir ki, nazirliyinin doğuşa yardım komisiyası hamilə xanımlarda aparlıan müalicənin uğurlu olub olmadığı ilə bağlı araşdırmalar aparacaq. Əsas məqsəd ana ölümlərinin qarşısını almaqdır.
Sədaqət Süleymanova
19:00 / 12.01.2016