
Milli Televiziya və Radio Şurası teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələrini açıqlayıb. Monitorinqə yerli televiziyaların xəbər və qeyri-xəbər verilişlərinin dili cəlb olunub. Bildirilib ki, televiziya kanallarında ədəbi dil normaları dilin bütün səviyyələrində pozulur. Təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarınn göstəricisidir. Qeyd edilib ki, aparıcılar nitq mədəniyyəti, xüsusilə düzgün tələffüz qaydalarının mənimsənilməsilə bağlı nəzəri-praktik treninqlərdə iştirak etməlidirlər.
19:00 / 11.12.2015