/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

İki küçə istifadəyə verildi

Şriftin ölçüsü:  11px13px15px17px

Uzun müddətdir ki, diqqətdən kənar qalan, hərəkət hissəsi sıradan çıxmış yolların təmiri davam etdirilir. Elə bu gün daha iki küçə piyadaların və sürücülərin ixtiyarına verilib. Bu Binəqədi rayonunda yerləşən Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələridir. Küçələrin ikisi də təmir edilərək, yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən Ağasadıq Gəraybəyli küçəsinin istifadəyə verilməsi ərazidə sıxlığın aradan qalxmasında da əsaslı rol oynayacaq. Yol əvvəllər köhnə asfalt-beton örtüyü ilə salınmışdı. Hazırda isə onun əvəzinə ıkıqat olmaqla ümumilikdə küçənin 12 min 845 kvadrat metr sahəsində yeni asfalt-beton örtüyü döşənib. Küçə boyu zəruri olan yerlərdə təqribən 980 paqon-metr yeni səki daşları düzülüb. Bundan başqa təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, qapaqları dəyişdirilib. Analoji işlər Səttar Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinti işləri küçənin Atatürk Prospekti və Ağasadıq Gəraybəyli küçələri arasında yerləşən hissəsində aparılıb. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə artıq yol nişanlarının quraşdırılmasına da başlanılıb, işıqlandırma sistemləri işlək vəziyyətə salınıb. Gülnar İlqarqızı

19:00 / 03.12.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 1702
Bu ay: 377270
Ümumi: 11359731
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın