/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Saxta reytinqlər

Şriftin ölçüsü:  11px13px15px17px

“Saxta reytinqlər ölkəmizdə reklam bazarının deqradasiyasına və reklam gəlirlərinin primitiv verilişlərə yönəlməsi ilə nəticələnib” - reklam və media ekspertləri «Lider» televiziyasına açıqlamalarında belə deyiblər. Əksər hallarda reklam verən şirkətlərə, xüsusilə xarici şirkətlərə nə verilişin adı, nə də məzmunu maraqlı deyil. Onlar reklama yatırım edərkən, verilişin baxımlılıq faizini nəzərə alırlar və bu zamansa ən çox inandıqları, hazırda ölkəmizdə mövcud, yeganə oyunbaz reytiq şirkəti agb nielsen ortaya çıxır. Qurum iş adamlarını aldadır və nədənsə onun yalanına inananlar sırasında həm xarici şirkətlər, həm də azərbaycanlı sahibkarlar var. Bu şirkətlər ən baxımlı proqramların primitiv verilişlər olduğuna canı-qəlbdən güvənir, reklamlarını məhz həmin layihələrə yönəldirlər. Bu şirtlərin adı hamımıza məlumdur və reklam haqqında Azərbaycan Respublikasının qanunu pozmamaq üçün ad çəkə bilmirik. Nəticədə agb nielsen hələ də öz siyasi maraqlarına nail olur, zərbə isə Azərbaycan tamaşaçısının, Azərbaycan televiziyasının imicinə dəyir.
Bəli, reytinqlər və onun əldə olunması prossesi şəffaf olmalıdır. Maraqlıdır ki, bir sıra Avropa ölkələrində də fəaliyyət göstərən bu şirkət çox açıq şəkildə reytinqlərin nəticələrini çap edir. Bu ölkələrin reytinqləri mütamadi olaraq dövrü mətbuatda çap edilir. Amma Azərbaycana gəldikdə isə, bu informasiya nəinki vətəndaşlar, hətta jurnalistlər üçün belə qapalı və məxfi hesab edilir. Xarici və yerli şirkətlər belə agb nielsinin nəticələrinə əsasən verilişlərə reklam verdiklərini danırlar. Görünür, gizlətməyə doğrudan da nələrsə var. Şəffaflıq devizi ilə çıxış edən «AGB nielsen», əməldə dürüstlükdən kənar olan prinsiplərlə iş qurur. Diqqətinizə «Reklam haqqında» qanunun 6-cı maddəsində əks olunan maraqlı bir faktı çatdırırq.
Elə «AGB nielsen» şirkəti bu maddəyə zidd olaraq, saxta reytinqləri ilə normal proqramların iş nüfuzunu aşağılmaqla məşğuldur. Bəzən televiziya işçilərindən “Reytinq heç nəyi həll etmir, o əsas göstərici deyil” ifadəsini eşidirik. Əslində reytinq əsasdır və teleməkanda baş verən tendensiyaları süzgəçdən keçirir. Verilişin taleyini, orada çalışanların gəlirini də elə «Əlahəzrət» reytinq təyin edir. Bu, bütün dünyada belədir.
Bəs reytinqlər saxtadırsa onda necə? Əgər reytinq verən şirkət öz siyasi ambisiyalarına kommersant etikasını qurban verərsə, onda teleməkanda nələr baş verər? Artıq ölkəmizdə inhisar yaradan, reytinq verən şirkət olan «AGB nielse»-nın saxta araşdırmaları üzə çıxıb və çoxları bu barədə məlumatlıdırlar. Şirkətin insanlar arasında yaydığı, «Teleməkanın reytinqləri peoplemetrlərlə ölçülür» adlı piar kampaniyası da artıq fiaskoya uğrayıb. Bu qurumun saxta fəaliyyəti ifşa olunsa da, etiraf etmək lazımdır ki, «AGB nieslen» müasir teleməkanın onurğa sütünü olan reklam bazarını ölkəmizdə idarə etməkdə davam edir. Müttəxəssislər deyirlər ki, şirkətin apardığı araşdırmalar prinsipcə səhvdir və qurum etimadını itirib. «AGB nielsın»-ın ölkəmizdəki 10 illik fəaliyyəti ərzində milli reklam bazarına böyük ziyan dəyib. Artıq əminliklə demək olar ki, Azərbaycan teleefirinin bayağılaşmasının ən önəmli səbəblərindən biri «AGB nielsen» şirkətinin saxta reytinqləridir. Bu da milli reytinq agentliyinin yaradılmasını zəruri edir. İstər Rusiyada, istərsə də Türkiyədə reytinq göstəriciləri təsnifləndirilir. Yəni informativ, analitik, əyləncəli, yumoristik, musiqili proqramlar, kinofilmlər, seriallar qruplaşdırılır və hər birinin ayrıca ölçülməsi aparılır. Bizdə isə «AGB nielsen» şirkətinin araşdırmasına görə, top 20-dəki yerləri primitiv və ya ən yaxşı halda əyləncəli verilişlər tutur. Gülməlisi isə odur ki, bunların arasında diametral fərqli verilişlər yer alır. Azərbaycan vətəndaşının deqradasiya uğramış bir insan obrazını yaratmaq missiyasını yerinə yetirmək üçün şirkət, əsas mexanizmlərdən biri kimi reklam verən xarici və yerli şirkətlərdən, eləcə də qeyri- peşəkar televiziya işçilərindən istifadə edir. Nəticədə intellektual verilişlər “pul gətirmir” ifadəsi ilə bağlanır, onların yerini ekranlardan gördüyümüz “boşanmalar, evlənmələr, nəbilim nələr” tutur.

Tural Azəroğlu

13:00 / 11.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 4847
Bu ay: 88655
Ümumi: 17802826
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın