/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Peyvənd uşaqların səhhətində problem yaradır?

Şriftin ölçüsü:  11px13px15px17px

Valideynlər diqqətli olun. Son vaxtlar geniş müzakirələrə, bəzənsə mübahisələrə səbəb olan peyvəndlərdən danışacağıq. Bəzi valideynlər uşaqlarının səhhətində yaranan problemin səbəbini məhz peyvəntdə görür. Həqiqətənmi yolxucu xəstəliklərdən qorunmanın ənənəvi üsülü olan peyvənd uşaqların səhhətində problem yaradır? Əsrlərlə yaşı olan peyvəndən ölkəmizdə 11 yolxucu xəstəliyə qarşı istifadə edilir. Mütəxəsislər düşünür ki, peyvənd hesabına bir çox xəstəliklərə yoluxma hallarının sayı azalıb. Amma müşahidələr göstərir ki, peyvəntdən imtina edən valideynlərin sayı da kifayət qədərdir. Son vaxtlar peyvənd haqında validenynlər arasında müxtəlif fikirlər var. Bəziləri bunu vacib, bəziləri isə lazımsız hesab edirlər. Bəs hansı uşaqlara peyvənd vurdurmaq olar? Ölkənin baş pediatrı Nəsib Quliyevin deyir ki, peyvəndlər yolxucu xəstəliklərin qarşısının alınmasında çox yaxşı vasitədir. Amma zülal tərkibli olan peyvəndlərin tətbiqi zamanı uşaqlarda əks göstərişlər də üzə çıxa bilər. Alergiyaya meyilli və allergiyası olan uşaqlar isə yalnız bu problem aradan qaldırıldıqdan sonra peyvənd edilə bilər. Bəzi valideyinlər poliknikalarda uşaqları peyvənddən öncə bir çox hallarda ötəri müayinə etdiklərini iddia edirlər. Baş pediatorsa isə deyir ki, bu yolverilməzdir. Dünyanın əksər ölkəlrində peyvənd vurulandan sonrakı vəziyəti müşahidə etmək üçün diaqnostika mərkəzləri var. Peyvənd vurulduqdan sonra mütləq 48 saat müddətində uşaq həm valideynin, həm də pediatrin nəzarətində saxlanmalıdır. «immunoprofilaktika» haqqında qanuna əsasən hər bir valideyinin övladına peyvənd vurulması ilə bağlı seçim etmək hüququ var.yəni son qərar valideyinə məxsusdur.

Sədəqət Süleymanova

19:00 / 04.11.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 22617
Bu ay: 127889
Ümumi: 14262250
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın