/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

“Səda” yeni formatda

Şriftin ölçüsü:  11px13px15px17px

«Lider» televiziyası hər zaman tamaşaçılara fərqli layihələr və yeniliklər təqdim etməyə çalışır. “Səda» informasiya proqramı olaraq biz də əlimizdən gələni edirik ki, izləyicilərimiz dünyada baş verən hadisə və yeniliklərdən xəbərdar olsunlar. Növbəti həftədən etibarən tamaşaçılar “Səda”-nın axşam buraxılışını yeni formatda izləyə biləcəklər. 15 ildir «Lider» televiziyası maraqlı və diqqətçəkən layihələrə imza atmaqla lider olduğunu sübut edir. Yeniliklərlə dolu rəngarəng efirlə auditoriyasını sevindirir. Telekanalın “Səda» informasiya proqramı da gün ərzində xəbər buraxılışları ilə ölkə və dünyada baş verən ən son xəbərləri təqdim edir. Gələn həftədən isə «Səda»-nın 19:00 buraxılışı 2 saatlıq marafonla yeni formatda izləyicilərin qarşısına keçəcək. Marafonda tamaşaçılara hər sahəni əhatə edən xəbərlər çatdırılacaq. İqtisadiyyat sahəsindəki yenilikləri ekonomiks, idman aləmindəki ən son xəbərləri «Səda-idman», bölgələrdə baş verənləri «Səda-region», ölkə və dünya mədəni hadisələri «Səda-mədəniyyət», «Səda-dünya mədəniyyəti», texnika və texnologiya ilə bağlı ən son yenilikləri isə «Səda-texnologiya» təqdim edəcək. Təbii ki, Lider televiziyasının yenilikləri bununla bitməyəcək. Odur ki, liderin lider izləyiciləri, hər zaman ən son xəbərləri doğru ünvandan- «Səda»dan alın. Fidan Əliheydər

13:00 / 30.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 3754
Bu ay: 87562
Ümumi: 17801733
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın