/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Ailə qurmaq istəyən 34 nəfərdə QİÇS tapılıb

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycanda nikaha daxil olmaq istəyən daha 34 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutundan bu barədə məlumat veriblər. Fakt gənclərin nikahöncəsi tibbi müayinəsinin nə qədər vacıb olduğunu göstərır. 22 yaşlı Həmid Rzayev ailə qurmaq istəyən gənclərimizdəndir. Onu düşündürən əsas məsələlərdən biri də özünün və gələcəkdə quracaq olduğu ailənin sağlamlığıdır. O da hamı kimi son zamanlar geniş yayılan qiçs xəstəliyindən narahatdır. Elə buna görə də evliliyinə az müddət qaldığından üz tutub tibbi müayinəyə. Nikahdan öncə tibbi müayinədən hər ıkı tərəf keçsə də QİCS xəstəliyinə yoluxma daha cox yeni ailə quracaq kışılərdə aşkarlanır. Həkimlər isə gənclərə sağlamlıqlarının qeydınə vaxtında qalmağı tövsıyyə edırlər. Gələcək ailə cəmiyyətdə müəyyən bir məsuliyyət daşıyır. Hər bir gənc ailə həyatı qurarkən yalnız özləri barədə deyil dünyaya gətirdikləri övladları barədədə düşünməlidir. Ədliyyə Nazirliyi Səadət Sarayı Bakı Nikah Evinin müdir müavini Aynur Sabitova deyri ki, hansısa problemi öncədən bilib onun qarşısını almaq onu həll etməkdən daha asandır. Bu sahədə yenılıklərdən bırı də odur kı, Ədliyyə Nazirliyinin təşəbbüsü və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin dəstəyı ilə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi artıq Bakı Nikah Evində də həyata keçirilir. Aqşin Kazimoğlu

19:00 / 06.10.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 17
Bu gün: 6403
Bu ay: 135025
Ümumi: 14269386
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın