/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Qrip təhlükəsi

Şriftin ölçüsü:  11px13px15px17px

Son vaxtlar uşaqlar arasında qripə yoluxma halları artıb. Virus əsasən də, məktəblilər arasında yayılıb. Həkimlər bunun səbəbəni fəsil dəyişikliyi ilə əlaqələndirirlər. Uşaqlar arasında qripə yoluxma halları kütləvi olmasa da, artıq xəstəxananın qapılarını döyənlər az deyil. Virusun yayılması havaların səhər soyuq, günorta isti keçməsi ilə əlaqələndirilir. Həkimlər uşaqların xəstələnməsində həm də valideynlərin məsuliyyət daşıdığını bildirirlər. Qripə əsasən immunieti zəif olanlar yoluxur. Bunun qarşısını almaq üçün balacalara mütləq bol vitaminli qidalar , meyvə –tərəvəz verilməlidir ki, orqanizm güclənsin və xəstəliklərə davamlı olsun. Hər gün bir neçə dəfə gimnastik hərəkətlər edilməlidir. Bəzən qripə adi bir xəstəlik kimi baxaraq, uşaqların daha tez sağalması üçün güclü antibiotik preparatlardan istifadə olunur. Bu da çox zaman əks təsir göstərir. Digər xəstəliklərin yaranmasına səbəb olur. Həkimlər deyirlər ki, uşaqlarla yanaşı, yaşlı adamlar da virusa tez yoluxurlar. Hazırda Rusiyada qrip virusu daha güclü yayılıb. Ölkə əhalisinin xeyli hissəsi virusdan əziyyət çəkir. Yoluxucu xəstəliyin Azərbaycana gəlmə ehtimalı da istisna olunmur. İlqar Qulusoy

19:00 / 30.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 43
Bu gün: 8618
Bu ay: 298603
Ümumi: 14432964
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın