/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Seçenov adına I moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı oldu

Şriftin ölçüsü:  11px13px15px17px

Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialının təntənəli açılış mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib. Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rəmzi açılışını bildirən lent kəsildikdən sonra birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova, I Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko, Azərbaycanın hökumət və ictimaiyyət nümayəndələri filialda yaradılan şəraitlə tanış oldular. Sonra filialın ilk tələbələri və müəllimləri ilə görüş keçirildi. Görüşdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı filialının fəaliyyətə başlamasını əlamətdar hadisə adlandırdı. Rusiyanın nüfuzlu universitetinin Bakı filialında ilk tədris ilində 100 azərbaycanlı tələbə müalicə işi ixtisası üzrə təhsil alacaq. Filialda tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Burada iki anatomiya sinif otağı, kompyuter zalları, histologiya auditoriyası, tibb tarixi otağı yaradılıb. Bu ali təhsil ocağı ən müasir dərs vəsaitləri, tibb, interaktiv tədris avadanlıqları ilə təmin edilib. Tədris əsasən universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılacaq. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış rusiyalı alimlər cəlb olunacaqlar. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyalarının tətbiqi və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur.

09:00 / 16.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 9308
Bu ay: 260771
Ümumi: 14395132
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın