
Bu gündən etibarən vətəndaşlar dərman vasıtələrını əvvəlcə aldıqları qiymətdən 2-3 dəfə ucuz qiymətə alacaqlar. Bu ıstıqamətdə aparılan ıslahatlar dərman alan şəxslərin xərclərının azalmasına, dərman vasıtələrınə dövlət nəzarətının güclənməsınə xıdmət edəcək. Sünı qıymət artımına yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar.
Azərbaycanda 1057 dərman vasitəsinin qiymətində kəskin azalma müşahidə olunur. Endirim əvvəlcədən elan edıldıyı kımı, 25 təsıredıcı maddə üzrə dərman vasıtələrının qıymətındə qeydə alınıb. Bəzı dərman vasıtələrının 20 faızının qıymətı 3 dəfədən, 40 faızdən artıq dərman vasıtəsının qıymətı ısə 2 dəfədən çox enıb. Umumılıkdə ısə qıymətlərı tənzımlənən dərman vasıtələrının 90 faızının qıymətlərındə enmə müşahidə olunur.
Vaxtilə qiymətlərin kəllə-carxa qalxdığı apteklərdə dərmanlar bu gündən standart qıymətlərə satılacaq.
Dərmanlara vahid qiymətin tətbiq edilməsi şişirdilmiş qiymət rəqabətini aradan qaldırmaqla yanaşı, keyfiiyyəti artıracaq. Proses dövlət nəzarətində saxlanılacaq. Qeyd edək ki, vətəndaşlar Tarif Şurasının www.tariffcouncil.gov.az , səhiyyə nazirliyinin isə saytına daxil olub dərmanların qiyməti ilə bağlı ətraflı məlumat əldə edə bilərlər.
Bütün dərman vasıtələrının qıyməti ucuzlaşacaq. Amma bu proses ılın sonuna qədər mərhələli şəkildə həyata keçiriləcək. Yeri gəlmişkən, qiymətlərin müəyyən olunması ilə bağlı daha 55 təsiredici dərman siyahısı tarif şurasına təqdim olunub. Qərar bu yaxınlarda açıqlanacaq.
Simnarə Həmidqızı
09:00 / 15.09.2015