/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Xərçəng xəstələrinin sayı sürətlə artır

Şriftin ölçüsü:  11px13px15px17px

Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2025-ci ilə kimi hər il xərçəngə tutulanların sayı 20 milyon artacaq. Bəşəriyyətin bəlasına çevrilən xərçəngin öhdəsindən çox vaxt müasir texnologiyalar da gələ bilmir. Buna baxmayaraq, onkoloqlar bu xəstəliklə mübarizədə əllərindən gələni əsirgəmirlər. Bakıda keçirilən “1-ci Türkiyə-Azərbaycan onkologiya günləri” konqresində də bu xəstəlik müzakirə olunub.
Ofelya Məmmədova süd vəzi xərçəngindən əziyyət çəkir. Düz 14 ildir bu bəla ilə mübarizə aparan Ofelya xanım Milli Onkologiya Mərkəzində müalicə alır. Vaxtında həkimə müraciət etdiyi üçün hazırda səhhəti normaldır. Deyir, xəstəlikdən qorxmaq yox, vuruşmaq lazımdır.
Statistikaya görə, ölkədə Ofelya xanım kimi müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan onkoloji xəstələrin sayı 40 minə yaxındır. Təkcə ötən il belə xəstələrin sayı 9543 nəfər olub. Onlardan 81 nəfəri 13 yaşınadək olan uşaqlardır. 60 yaşdan yuxarı 4350 nəfər isə bədxassəli şişdən əziyyət çəkir. Onkoloji xəstəliklərin hər il sürətlə artması Azərbaycan və türkiyəli onkoloqları da bir araya gətirib. Bakıda keçirilən “Birinci Türkiyə-Azərbaycan onkologiya günləri” konqresində bu xəstəliyin diaqnostika və müalicəsində ən aktual problemlər, müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə olunub.
Əsas məqsədi türkdilli onkoloqları bir araya gətirmək olan konqresdə hər iki ölkənin mütəxəssisləri bu sahədə əldə etdikləri nailiyyətləri bölüşüblər. Konqresdə Milli Onkologiya Mərkəzinin fəaliyyəti və görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb.
Konqresdə “Yoğun bağırsaq”, ”Süd vəzi xərçəngi”, ”Baş və boyun şişləri”, “Ağciyər xərçəngi”,“Ginekoloji xərçənglər” və digər mövzular üzrə sessiyalar keçirilir, müzakirələr aparılır. Konqres iki gün davam edəcək.

Fidan Əliheydər

19:00 / 11.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 22775
Bu ay: 128047
Ümumi: 14262408
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın