/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

“Birinci Türkiyə-Azərbaycan onkologiya günləri” keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

Bakıda «Birinci Türkiyə-Azərbaycan onkologiya günləri” konqresinin açılışı olub. Türk Tibbi Onkoloji Dərnəyi və Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə keçirilən konqres onkoloqlar arasında əlaqələrin qurulması, təcrübə mübadiləsi və onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsinə imkan yaradacaq.
Bəşəriyyətin bəlasına çevrilən xərçəng xəstəliyi bu gün insan həyatı üçün əsl təhlükə mənbəyidir. Azərbaycan və türkiyəli onkoloqların da bir araya gəlməsində əsas məqsəd onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin aktual problemləri, müasir onkologiyanın qarşısında duran vəzifələri birgə müzakirə etməkdir. Konqresdə hər iki ölkənin mütəxəssisləri bu sahədə əldə etdikləri nailiyyətləri bölüşürlər. Konqresdə onkoloji xəstəliklərin müalicəsini həyata keçirən Milli Onkologiya Mərkəzinin fəaliyyəti və görülən işlər barədə məlumat verildi. Konqres iki gün davam edəcək.

Fidan Əliheydər

13:00 / 11.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 57
Bu gün: 11288
Bu ay: 435815
Ümumi: 15202356
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın