/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Dərmanların qiyməti ucuzlaşıb

Şriftin ölçüsü:  11px13px15px17px

“Dərman haqqında” qanuna edilən dəyişikliklərə görə, dərman vasitələri dövlətin tənzimlədiyi mallar siyahısına daxil edilib. Ölkə başçısının tapşırığına uyğun olaraq, Tarif Şurası dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qərar qəbul edib. Qərar sentyabrın 15-dən qüvvəyə minəcək. Lakin artıq bir çox şirkətlər dərmanları tarif şurasının təsdiqlədiyi ucuz qiymətlərlə satışa buraxıblar.
Elnarə xanım tez-tez dərman almalı olur. Deyir, əvvəllər bir aptekdə 7 manata olan dərman, digərində 11 manata satılırdı. Elnarə xanım dərmanlara vahid qiymətin tədbiqindən xeyli razıdır.
Səhiyyə Nazirliyinin “Analitik ekspertiza mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyası”-nın rəisi Pərviz Əzizbəyov deyir ki, artıq həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin preparatların 90 faizinin qiyməti enib.
Artıq paytaxtdakı bəzi apteklərdə Tarif Şurasının qərarının icrasına başlanılıb və ucuz qiymətə keyfiyyətli dərmanlar satışa çıxarılıb. Əczaçılar yeni qaydanın tədbiqinin alıcılarla söz-söhbətə son qoyacağını deyirlər.
Sosial təminatı zəif olanlara müsbət təsir göstərəcək qərar, süni qiymət artımının da qarşısını alacaq.
Qeyd edək ki, sentyabrın 15-dən ölkədə fəaliyyət göstərən apteklərdə 1057 adda dərman vahid qiymətlə satılacaq.

Fidan Əliheydər

19:00 / 08.09.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 11639
Bu ay: 368084
Ümumi: 15134625
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın