
Qafqaz Müsalmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, İranın tanınmış din xadimi Ayətullahül - Uzma Şeyx Hüseyn Nuri Həmədanı və İran İslam Respublikasının nümayəndə heyyəti Gəncədə olub. Din xadimləri dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Burda qonaqlara şairin həyat və yaradışılığı barədə məlumat verilib. Bildirilib ki, məqbərədə təmir işləri aparılıb və yaxınlıqda Nizami Muzeyi inşa edilib. Şeyx Hüseyn Nuri Həmədanı və onu müşayiət edəm nümayəndə heyəti bu gün Şah Abbas cümə məscidində olacaq və imamzadəni ziyarət edəcək.
13:00 / 03.09.2015