
Azərbaycanlı gənclərin dini radikalizmin və ekstremist təşkilatların təsiri altına düşməməsi üçün 3 istiqamətdə mübarizə tədbirləri həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə deyib. Bildirib ki, cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var.
İŞİD deyilən qrupun dinə və İslama heç bir aidyiatı yoxdur. Onlar yalnız geosiyasi maraqları yerinə yetirirlər. Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı belə dedi. Bildirdi ki, gəncləri bu yoldan çəkindirmək üçün marifləndirmə işlərini gücləndirmək lazımdır. Çünkü onları din adı ilə aldadaraq bu yola sürükləyirlər.
Mübariz Qurbanlı deyir ki, Azərbaycanda dini radikalizmin qarşısının alınması üçün 3 istiqamətdə, hüquqi, ideoloji və iqtisadi müstəvidə mübarizə tədbirləri həyata keçirilir. Bunula yanaşı, bəzi gənclərin Türkiyə ərazisindən istifadə edərək ekstremist qruplara qoşulmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir.
Mübariz Qurbanlı deyir ki, komitə Türkiyədə təhsil alan azərbaycanlı gənclərin pkk terror təşkilatına qoşulmaması üçün də bir sıra tədbirlər görür. Bu, Türkiyədəki Azərbaycan səfirliyinin vasitəsilə həyata keçirilir.
19:00 / 02.09.2015