/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

İnfotur bölgənin turizm potensialını tanıdır

Şriftin ölçüsü:  11px13px15px17px

Qaxda 2 günlük infotur təşkil olunub. Layihə çərçivəsində yerli və xarici media nümayəndələri ilə yanaşı xarici turistlər rayonun təbiəti, maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar.
Layihə Britaniya turizm korporasiyası, Ukrayna Qafqaz Xalqları Konqresi və Böyük Britaniya Kral Fotoqraf Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunub. Müxtəlif marşrut üzrə hərəkət edən tur iştirakçıları Kürmük məbədi, Sumu qala, Ulu körpü, Ləkit kəndindəki memarlıq abidələri və İçəribazar Mədəniyyət Turizm Mərkəzinə baş çəkiblər. Xarici qonaqlar buranın qədimliyini, tarixi memarlıq abidələrinin çoxluğunu əsas götürərək səyahət baxımından əlverişli olduğunu deyirlər. İngiltərəli Quven Londondan olan məktəbliləri də bu məkanla tanış etmək arzusundadır.
Təşkilatçılar bu cür turların gələcəkdə digər bölgələrə də təşkil olunacağını bildiriblər.

Pərviz İmranoğlu

13:00 / 31.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 7194
Bu ay: 68338
Ümumi: 17288791
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın