/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Lider» qonşu TV-lərin gözü ilə…

Şriftin ölçüsü:  11px13px15px17px

Hörmətli tamaşaçılar, bildiyiniz kimi bu günlərdə «Lider» TV 15 yaşını qeyd edəcək. Görəsən, biz bu ötən dövr ərzində qonşu televiziyaların yadında necə qalmışıq? «Lider», umumiyyətlə, kənardan necə görünür? Bizim fəaliyyətimizi həmkarlar necə qiymətləndirir? Televiziyanı rəqabətsiz təssəvvür etmək çətindir. Buna görə də hər mövcud olan, yeni yaranan kanal bizi sevindirir və daha da güclü olmağa sövq edir. Biz mümkün qədər bütün telekanalları izləməyə çalışırıq, bəzən təhlil edirik, müqayisələr aparırıq. Hətta ara-sıra informasiya mübadilələri həyata keçiririk. Bir sözlə, necə deyərlər, qonşularla pis dolanmırıq… «Lider» TV təkcə rəqabətə qoşulmaqla kifayətlənmir. Kanalımız həm də bu prosesin özünü formalaşdırır. Operativ xəbərləri, keyfiyyətli proqramları ilə daim öndə olmağa çalışır. Həmkarlarımızın dediyinə görə, kanalımız öz işinin öhdəsindən heç də pis gəlmir. «Lider» teleməkanda hər zaman özünəməxsusluğu ilə seçilib. Reytinqin əsiri olmadan öz tamaşaçılarına yeniliklər təqdim etməyi üstün tutub. Yarandığı gündən bu ənənəni qoruyub saxlamağı bacaran televiziyalardan olub. Məhz bu məqam həmkarlarımızın da diqqətindən qaçmayıb. «Lider» TV həqiqətən də qonşu telekanallara münasibətdə çox həssasıdır. Necə deyərlər , bu bizim üçün prinsipdir.. Xeyir dilə qonşuna, xeyir gəlsin başına. Azərbaycanda fəaliyyət göstərən televiziyaların hər birinin uğurunu öz uğurumuz hesab edirik. Sevindirici haldır ki, onlardan da göstərdiyimiz münasibətin eynisini görürük. Bəli, təsvir kənardan fərqlidir. Ümumi qənaət isə ondan ibarətdir ki, qonşularımız bizi sevir. Hər birimizin ehtiyac duyduğu isə bir şeydir - tamaşaçı sevgisi.. Biz əsas bunu qazanmağa çalışırıq. Rövşən Abdurəhmanlı

19:00 / 25.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 4890
Bu ay: 88698
Ümumi: 17802869
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın