/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Autizmi yaradan səbəb artıq bəllidir

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün dünyada yüz uşaqdan dördü autizm xəstəliyindən əziyyət çəkir. Bu günlərdə yayılan xəbərlərə görə, alimlər xəstəliyin qaynağını tapıblar. Belə ki, beyinin formalaşmasında rol oynayan bir zülalın kifayət qədər işləməməsi autizm xəstəliyinə yol açır. Balaca Sadiqin suallarımız qarşısında aciz qalmasını yaşının azlığına yazmırıq. O, autizm xəstəsidir və bu çox erkən özünü büruzə verib. Dünyada yüz minlərlə uşağın bu probleminə çarə axtaran alimlərin araşdırmaları neçə illərdir davam edir. Fransa və Amerika alimləri beyinin inkişafının ilk mərhələsinə “şahidlik edən” burundakı gövdə hüceyrələrini tədqiq ediblər. Yeni araşdırmaya görə, autizm beyində mühim rol oynayan “mocos” adlı zülalın çatışmazlığından yaranır. Həkimlər də bu elmi fikri təsdiqləyir. Bu gün autizmi olan hər 11 nəfərdən 9-da mocos zülalını kodlaşdıran genin öz işini lazimi qədər yerinə yetirmədiyi aşkarlanıb. Uşağın autizm xəstəsi olduğunu valideynlər körpənin 7 ayında müşahidə edə bilərlər. Xəstəliyin əlamətləri kimi eşitmə, duyma qabiliyyətinin olmaması, yaşıdları kimi davranmaması nəzərə çarpır. Hələ ki, bu uşaqlara yeganə kömək onlarla daha çox ünsiyyət qurmaqdır. Çünki autizm ilk növbədə insanı cəmiyyətdən uzaqlaşdırır, onu özünə qapanmağa vadar edir. Autizmə daha çox oğlan uşaqlarında rast gəlinir. Qızların payına isə bu xəstəliyi ağır formada keçirmək düşür. Mütəxəssislər autizmə xəstəlik kimi yox, bir növ həyat tərzi kimi baxmağı məsləhət görürlər. Hər şey ətrafdan asılıdır. Onlara şəfqət və sərlə yanaşsaq, gələcəkdə autiz xəstələrinin qurmaq istədiyi iş, ailə və digər fəaliyyətlərinə heç bir maneə olmaz. Gülnar İlqarqızı

13:00 / 15.08.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 4356
Bu ay: 239261
Ümumi: 14373622
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın