/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Dərmanların qiyməti aşağı salındı

Şriftin ölçüsü:  11px13px15px17px

Bəzi dərman vasitələrinin qiyməti aşaği düşüb. Tarif Şurası bu barədə qərar qəbul edib. Qərardan kənara çıxaraq süni qiymət artımına yol verənlər üçün cərimələrin məbləği qalxacaq. Bu istiqamətdə aparılan islahatlar dərman vasitələrinə ehtiyacı olan vətəndaşların xərclərinin azalmasına, dərman vasitələri bazarına dövlət nəzarətinin güclənməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edəcək. Tarif Şurası həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiymətini təsdiqləyib. Qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən çoxunun qiyməti isə 2 dəfədən çox enib. Ümumilikdə isə, qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri aşağı salınıb. Qərar bu il sentyabrın 15-dən qüvvəyə minəcək. Dərmanlar əvvəlki kimi müxtəlif qiymətlərə deyil, standart qiymətlə satılacaq. Dərmanların qiymətinin endirilməsində 10 ölkənin təcrübəsindən istifadə olunub və Avropa ölkələrinin əksəriyyətində bu model tətbiq edilir. Qiymətlərin endirilməsi ilin sonunadək başa çatacaq. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidmətinin şöbə müdiri Mətin Bədəlov deyir ki, ümumilikdə, ölkəmizdə 4500-dən çox dövlət qeydiyyatında olan dərmana nəzarət gücləndiriləcək. Əks halda apteklərə cərimələr tətbiq olunacaq. Hətta cərimələrin məbləğinin yükəldilməsi ilə bağlı hökümətə yenidən müraciət edilib. Cərimələrin məbləğinin maksimum 50 min manatadək qalxacağı gözlənilir.

19:00 / 31.07.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 9026
Bu ay: 260489
Ümumi: 14394850
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın