/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Azərbaycanda könüllülər hərəkatı

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün bütün dünya «Bakı 2015» birinci Avropa Oyunlarının yüksək səviyyəli təşkilindən danışır. Layihənin icrasında Azərbaycanın özünü təsdiqindən söhbət gedir. Bu möhtəşəm layihədə könüllülərin xidməti də diqqət mərkəzindədir. Onlar sadəcə tarixdə bir ilkin - birinci Avropa Oyunlarının bir parçası olmaq istəyirdilər. Və bunu bacardılar. Özü də əsas simalardan birinə çevrilməklə. Çünki ölkəmizə gələn nümayəndə heyətlərinin, əcnəbi idmançı, media mənsubu və ya turistlərin üzünə ilk gülən onlar idi. Avropa oyunlarında könüllülər bilik və bacarıqlarını müxtəlif sahədə sınadılar. Bələdçilikdən tutmuş, tərcüməçiliyə qədər. Məqsədsə bir idi. Azərbaycanın üzərinə götürdüyü məsuliyyətli işin altından üzüağ çıxmasına kömək etmək.
Birinci Avropa Oyunları zamanı onları hər yerdə, müxtəlif ampluada görmək mümkün idi. Üzərində «Ask me» - məndən soruş, «Here to help» - yardım buradadır yazılmış geyimlərlə ölkəyə gələn qonaqlara könüllü yardım göstərirdilər. Birinci Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərənlərin sayı 12 min 500-dən çox oldu. Onların ən kiçiyi 15, ən böyüyü isə 65 yaşında idi. Hərəkata üzv olan bu insanlar, əmək qabiliyyətlərini təkmilləşdirmək üçün əvvəlcədən müxtəlif təlimlərə cəlb olunmuşdu. Və onlar yiyələndikləri vərdişləri oyunlar zamanı tətbiq etdilər.
Dünyanın inkişaf etmiş ölkələrində könüllülük fəaliyyəti çox geniş yayılıb. Hətta iş axtaran şəxsin təqdim etdiyi sv-də könüllülük təcrübəsi varsa, ona üstünlük verilir. Azərbaycanda isə könüllü hərəkatı Avroviziya mahnı müsabiqəsi ərəfəsində yaradıldı. Və minlərlə gəncin əmək qabiliyyəti dəyərləndirildi. Avropa Oyunları zamanı isə bu iş daha kütləvi formada özünü göstərdi. Və bu gün tam mübaliğəsiz demək olar ki, nəticə ürəkaçandır. Ona görə də, oyunların könüllüləri şanslı hesab edilə bilər.
Təranə Ziyadzadə

09:00 / 28.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 42
Bu gün: 8068
Bu ay: 298053
Ümumi: 14432414
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın