/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Turizm məkanlarına axın başlayıb

Şriftin ölçüsü:  11px13px15px17px

Havaların isti keçməsi Qubaya turist axınını artırıb. Mütəxəssislərin proqnozuna görə, ötən illə muqayisədə bu mövsüm rayona gələn qonaqların sayı 12 faiz çox olacaq.
Quba elə bir coğrafi mövqedə yerləşir ki, buranın təbiəti yay aylarında daha ecazkar olur. Dağların üzərinin meşələrlə örtülməsi, çay, bulaq və şəlalələr havaya bir saflıq, sərinlik gətirir. Bakıya yaxın olduğu üçün rayona istirahət üçün üz tutanların əksəriyyəti elə paytaxt sakinləridir.
Bu gözəlliklərin dadını hərə bir cür çıxarır. Turizm obyektində qalmağa üstünlük verənlər də var, istirahətini özü təşkil edənlər də. Qonaqlara Qubanı tanıtmaq üçün isə rayondakı turizm marşrutlarına biri də əlavə olunub. Bununla yanaşı, rayona gələn qonaqlar Quba-Xınalıq, Quba-Afurca və Quba-Ləzə marşrutlarından birini seçməklə mənalı istirahət edə bilərlər. Həmin marşrutlar üzərində ümumilikdə, 160-a yaxın təbiət və memarlıq abidəsi, 40-dək turizm məkanı yerləşir. Obyektlərdə qonaqları yüksək səviyyədə qəbul etmək üçün əvvəlcədən hazırlıqlar görülüb. Bəzi istirahət mərkəzləri mövcud şəraiti yaxşılaşdırmaqla bərabər, daha çox turist cəlb etmək üçün qiymətləri də endirib. Qubada milli mətbəximizin ləziz təamları da qonaqları heyran edir.
Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, ilin əvvəlindən indiyədək Qubaya 10 minə yaxın turist gəlib. Yay mövsümündə bu göstəriciyə daha 15 min əlavə olunacağı gözlənilir.

Yusif Mahmudov

12:00 / 25.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 6900
Bu ay: 68044
Ümumi: 17288497
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın