
11 saylı inteqrasiya təlimli internat evinin şagirdlərinin əl işlərindən ibarət sərgi-satışdan əldə olunan gəlir müharibə və əmək əlilləri üçün pansionatın sakinləri üçün xərclənəcək. Təşəbbüs internat evinin uşaqları tərəfindən irəli sürülüb. Məqsəd yaşlıların yay istirahətinin təşkilini təmin etməkdir. Təhsil Nazirliyinin de-institutlaşma və uşaqların müdafiəsi idarəsinin rəhbəri Məlahət Hacıyeva bildirib ki, internat evinin şagirdlərinin əl işlərindən ibarət sərgi mayda təşkil olunub və təqribən 5 min manat məbləğində gəlir əldə edilib. Vəsait bütünlüklə ahıllar evinin rəhbərliyinə təqdim olunub.
17:00 / 19.06.2015