/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Tibb işçiləri peşə bayramlarını qeyd edirlər

Şriftin ölçüsü:  11px13px15px17px

17 iyun tibb işçilərinin peşə bayramıdır. Bu gün ölkəmizdə 2001-ci ildən qeyd olunur. 97 illik tarixi yol keçmiş Azərbaycan səhiyyəsi hazırda inkişaf mərhələsini yaşayır. Hər kəsin səhhətində problem yaranan kimi ilk üz tutduğu insan tibb işçiləridir. Günün istənilən saatlarında hətta onların peşə bayramlarındada səhiyyə işçilərindən kömək umanlar az deyil.
Ülkər Şükürova 15 ildən çoxdur ki, reanimasiya şöbəsində tibb bacısı işləyir. Deyir, iş prosesində müxtəlif vəziyyətlərlə qarşılaşırlar. Reanimasiya şöbəsində tibb bacılarının üzərinə düşən əsas iş özünü itirməyib, xəstələrə vaxtında və lazım olan köməyi etməkdir. Hazırda Azərbaycanda 500 - dən çox tibb müəssisəsi var və bu tibb ocaqlarında 60 minə yaxın həkim fəaliyyət göstərir. Öz peşələrinin məsuliyyətini dərk edən tibb mütəxəssisləri yalnız insanların xəstəliklərini müayinəsi və müalicəsi ilə məşğul olmur, bəzən onların yenidən həyata qayıtmasında vasitəçi rolu oynayır.
20-ci əsrin əvvəllərində Azərbaycanda 33 xəstəxana fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 16 dəfə artıb. Tibb müəssisələrinin müasir avadanlıqla təchiz olunması, yeni tibb mərkəzlərin açılması səhiyyə sahəsinə dövlətin xüsusi diqqətinin nümunəsidir. Sağlam insan sağlam həyat, sağlam cəmiyyət deməkdir. Sağlığımızın təminatçısı olan həkimlərimiz peşə bayramınız mübarək.

Türkan Mahmudova

17:00 / 17.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 9230
Bu ay: 260693
Ümumi: 14395054
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın