/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Könüllülər gərgin iş qrafikində çalışırlar

Şriftin ölçüsü:  11px13px15px17px

«Bakı 2015» Ilk Avropa Oyunlarında yorulmaq bilmədən çalışan könüllüləri, paytaxtımızın hər bir nöqtəsində görmək mümkündür. Fəal könüllülər şəhərimizə gələn xarici qonaqların daha çox olduğu yerdə dayanaraq şəhərimiz və onları maraqlandıran suallar haqqındında ətraflı məlumat verirlər. Üzərində “Ask me”-“Məndən soruş” və “Here to help”-“Yardım buradadır” yazılmış mavi rəngli köynəklərlə yerli və xarici vətəndaşlara gülərüzlə kömək edən könüllülər, növbəli çalışırlar. Şəhərimizdə elə bir yer yoxdur ki, onlara rast gəlməyəsən.
15 nəfərlik qrup halında fəaliyyət göstərən könüllülər növbə ilə 10-00 dan 14: 30 və 14:30 - 19-00 dək turistlərə xidmət edirlər. Ümumi sayları 12 mın 500-dən çox olan bu gənclər öz işlərini sevərək icra edirlər.
Azərbaycanın adını yüksəklərə ucaltmaq naminə əllərindən gələni əsirgəməyən fədakarlarımız Avropa Oyunları ilə bağlı bütün məsələlərdə turist və yerli əhalini məlumatlandırmaqla məşğuldular. Ən kiçiyinin 15, ən böyüyünün isə 65 yaşı olmasına baxmayaraq hər biri ürəklə çalışan həmvətənlərimiz hələ bir neçə ay əvvəldən təlimlərə, iyun ayından etibarən isə ciddi fəaliyyətə başlayıblar.
Arenalardakı könüllülərın isə əsas vəzıfələrı ıdmançılar və rəsmı şəxslərə kömək etmək, yarışları izləmək üçün gələnlərə və medıa nümayəndələrınə yardım göstərməkdır. Bundan başqa arenalarda tamaşaçılara öz yerlərını tapmaq, qonaqlara ehtıyacı olan məsələlərdə köməklık göstərmək də onların bırbaşa vəzıfəsıdı. Gənclərımızın əsas məqsədı ölkəmızın qonaqpərvərlıyını maksımum dərəcədə hər bır ölkəyə çatdırmaqdır.
Şəhərimizdəki turistlər də könüllülərin onlara göstərdıklərı xıdmətdən razıdırlar. Könüllülərdə turıstlərın onlara verdıyı bu dəyərdən, ehtıramdan məmnundular. Bunu elə onları öz sevdıklərı ışə necə böyük həvəs və məsuliyyətlə yanaşmasından da görmək mümkündü.

Xəyalə Vaqifqızı

15:00 / 17.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 40
Bu gün: 10242
Bu ay: 89590
Ümumi: 17310043
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın