
Avropa Oyunlarının keçirildiyi günlərdə Səhiyyə Nazirliyində yeni qərargah fəaliyyət göstərəcək. Burada ölkəmizə gələcək idmançılara, nümayəndə heyətinə və qonaqlara tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsi üçün lazımi şərait yaradılacaq. Bu barədə Bakı şəhər Təcili Və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. Bildirib ki, qərargahda 24 saat ərzində xarici dilləri bilən mütəxəssislər «qaynar xətt» xidmətinə daxil olan müraciətləri qəbul edəcəklər. İdmançılara və qonaqlara ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün paytaxtda iki xəstəxana – Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi ayrılıb. Eləcə də 300 xüsusi təlim keçmiş tibb işçisi yarış obyektlərinin tibb məntəqələrində xidmət göstərəcəklər.
19:00 / 10.06.2015