/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Darı dağ»-ın möcüzəsi

Şriftin ölçüsü:  11px13px15px17px

Turizm mövsümünün başlaması ölkəmizin əsrarəngiz təbiətə malik yerlərini bir daha gözlər önünə gətirir. Culfa rayonu ərazisində yerləşən məşhur qeyzerlərdən biri - darı dağ mərgümüşlü suyu təkcə şəfa mənbəyi deyil. Bu təbiət möcüzəsi həm də turistlərin diqqətini çəkir. Darı dağ arsenli termal suyu Culfa şəhərindən 15 kilometr aralıda, dağın dibindən çıxır. Su bir çox dəri xəstəliklərində faydalıdır. Qoturluq, sarıyara, piyadermiyanı müalicə edir. Bunun üçün suyun vannasını bir neçə kurs qəbul etmək lazımdır. Hətta bəzən cərrahiyə əməliyyatına ehtiyac olan xəstəliklər bu suyun təsiri ilə sağala bilir. Suyun temperaturu mənbədə 52 dərəcədir. Amma müalicə vannalarında bu 37-39 dərəcəyə çatdırıldıqdan sonra istifadə edilir. Suyun digər ölkələrdəkindən fərqi isə onun tərkibində qələvilərin olmasıdır. Bu, mərgümüşün orqanizm tərəfindən daha yaxşı sorulmasına səbəb olur.
Maraqlı fakt odur ki, bu suyun tərkibi insanlara hələ 14-15-ci əsrlərdən məlumdur. Orta əsrlərdə Mərgümüş - Arsendən həşəratların, hətta sui-qəsd məqsədilə insanların zəhərlənməsində istifadə edilib. Amma təsadüf nəticəsində məlum olub ki, az miqdarda orqanizmə düşən zaman mərgümüş dəri xəstəliklərini müalicə edir. 1937-ci ilədək, yəni tibbdə pensilin tapılana kimi, almanlar onun əvəzi olaraq bu sudan istifadə ediblər. Sovetlər dövründə «Soyuz mişyak» adı ilə Avropaya göndərilib. Su haqda məlumatı olanlar adətən yay aylarında bura gəlirlər.
Darı dağ suyunun sutkalıq axımı 450 min kub metrdir. Bu su gur sulu bulağın ətrafındakı müalicəxana 1976-cı ildən fəaliyyət göstərir. Hazırda burada müasir infrastruktur və müalicə mühiti var.
Darı dağ müalicəxanasında təkcə su müalicə etmir ətraf mühüitin də sağlamlığa təsiri var. Naxçıvanın özünəməxsus dağlarının da bura rolu böyükdür. Bura gəlməyə dəyər.
Səməd Canbaxşıyev

13:00 / 06.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 20
Bu gün: 11072
Bu ay: 426301
Ümumi: 17195634
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın