/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Daxili turizmə təlabat artıb

Şriftin ölçüsü:  11px13px15px17px

Avropa Oyunlarının başlamasına vaxt az qaldıqca Bakıya gələn əcnəbilərin sayı artır. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə türist gəlib. Qonaqların təkcə paytaxtda deyil, bölgələrdə də olması Azərbaycanın tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İndiyədək turizm şirkətləri əsasən xarici turlar üzərində baş sındırırdısa, bu il daxili turizm önə keçib. Azərbaycanın bütün bölgələri üçün turlar təşkil olunub. Bu turlardan da daha çox əcnəbilər yararlanırlar. Tur paketləri Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də hazırlanıb. Turizm marşurutları əsasən şimal və qərb bölgələrini əhatə edir. Hər iki istiqamətdə turist axını müşahidə olunur. Turistlər Avropa Oyunlarının başlanmasına qalan müddətdən səmərəli istifadə etmək istəyirlər. Artıq Şəki, Qəbələ, Lənkəran və Qubanı tanıyanlar da var.
Əcnəbilərin daxili turlardan rahatlıqla istifadə edə bilməsi üçün yeni sayt yaradılıb. İngilis və rus dilllərində olan sayta daxil olmaqla, bölgələrə turlar haqqında ətraflı məlumat almaq olur.

İlqar Qulusoy

19:00 / 04.06.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 26
Bu gün: 7589
Bu ay: 68733
Ümumi: 17289186
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın