
Sabah Bakıda «Bakı ürək günləri » 4 - cü beynəlxalq konqresi işinə başlayacaq. Milli lider Heydər Əliyevin anadan olmasının 92 - ci idönümünə həsr olunan konqresə dünyanın bir çox ölkələrindən mütəxəsislər qatılacaq. Tədbirdə kardiologiya sahəsində son elmi yeniliklər, onların ölkəmizdə tətbiqi müzakirə olunacaq.
Konqresdə dünyanın 24 ölkəsindən 70 məşhur kardioloq iştirak edəcək. Onların arasında Klivlend xəstəxanasının kardioloji bölməsinin müdir müavini, professor murad tuzçu da var. Onun bir həkim kimi fəaliyyətini milli lider Heydər Əliyev daim yüksək qiymətləndirib. Ulu öndər Klivlend xəstəxanasında müayinə olunarkən, sağlamlığını həmişə ona etibar edirdi .
Murad Tuzçu deyir ki, Heydər Əliyevin ən böyük özəlliyi iradəsində , əzmində və vətənə həddindən artıq bağlı olmasında idi. Ən çətin, ən ağrılı günlərində belə Azərbaycandan xəbər gələndə sevinirdi.
Konqres çərçivəsində gənc kardioloqlar üçün seminarlar təşkil ediləcək. Həmçinin ürək - damar cərrahiyyəsi sahəsində yeniliklər müzakirə olunacaq.
Bu gün isə gənc həkimlər üçün praktik təcrübələrini artırmaq məqsədilə təlim kursları təşkil olundu.
İlqar Qulusoy
19:00 / 15.05.2015