/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Ümumdünya talassemiya günü qeyd olunur

Şriftin ölçüsü:  11px13px15px17px

Ailə həyatı quran gənclər talassemiya xəstəliyinin prafilaktikası məqsədilə məcburi tibbi müayinədən keçəcəklər. Artıq bununla bağlı qanunun layihəsi hazırlanıb və iyunun birində qüvvəyə minəcəyi gözlənilir. Hədəf gələcəkdə bu xəstəlikdən əziyyət çəkənlərin sayını sıfıra endirməkdir. Yeri gəlmişkən mayın səkkizi ümumdünya talassemiya günü kimi qeyd olunur.
Talassemiya xəstəliyi hazırda dünyada yayılma arealına görə böyük ərazini əhatə edir. Ölkəmizdə də bu xəstəliyin daşıyıcılarının sayı heç də az deyil. 2500 uşaq talassemiya xəstəyi ilə qeydiyyata alınıb və onlardan 2 minə yaxını müntəzəm müalicə alır. Hazırda dünyanın bir sıra ölkələrində bununla bağlı mərkəzlər fəaliyyət göstərir.
Azərbaycanda da Tallasemiya Mərkəzi fəaliyyət göstərir. Bura 2009-cu ildə yaradılıb. Mərkəzdə talassemiyadan əziyyət çəkən insanların qeydiyyatı aparılır.
Əslində talasemiyanın müalicəsi yüksək maddi vəsait tələb edir. Bu səbəbdən də həmin xəstələr dövlət himayəsinə götürülərək, tam qayğı ilə əhatə olunublar. Talassemiya qanda yaranan zülal çatışmazlığıdır. Bu zülal qırmızı qan hüceyrələrində olur. Oksigeni ağciyərdən bütün qan hüceyrələrinə ötürür və qana qırmızı rəng verir. Talassemiya genetik faktorlu xəstəlik olduğundan yolxuculuq xüsusiyyətinə malik deyil. Yalnız irsi yolla keçə bilir. Hazırda bu xəstəliyin tam müalicəsi də tapılıb.
Qarşıya qoyulan əsas məqsəd talassemiya diaqnozlu şəxslərin sayını gələcəkdə minimuma endirməkdir. Artıq bu nəticəni əldə edən ölkələr var.
Azərbaycanda da bu məqsədlə 2005-ci ildən «Talasemiyasız həyat naminə» proqramı həyata keçirilir. Milli Məclisin yay sessiyasında qəbul ediləcəyi gözlənilən qanuna əsasənsə ailə həyatı quran gənclər talassemiya xəstəliyinin prafilaktikası məqsədilə məcburi tibbi müayinədən keçəcəklər.
Təranə Ziyadzadə

13:00 / 08.05.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 57
Bu gün: 11299
Bu ay: 435826
Ümumi: 15202367
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın