/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Lider TV» - nin istehsalı olan filmin təqdimatı olub

Şriftin ölçüsü:  11px13px15px17px

«416 - cı diviziya. Biz birlikdə qalib gəldik». «Lider TV»-nin istehsalı olan filmin Bakı və Moskvadan sonra Nijniy Novqorod şəhərində təqdimatı keçirilib. Ümumrusiya Azərbaycan Konqresi və Nijniy Novqorod meriyasının dəstəyi ilə təşkil edilən tədbirdə müharibə veteranları, onların ailə üzvləri, şəhəri ictimaiyyəti, o cümlədən soydashlarimiz iştirak ediblər. 3 ölkə, 7 şəhərdə çəkilmiş film azərbaycanlılardan ibarət 416 - cı diviziyanın keçdiyi döyüş yolundan bəhs edir. 23 min alman hərbiçisini məhv edən döyüşçülərdən 8 - i Sovet İttifaqi qəhrmanı adına layiq görülüb. Tədbir iştirakçıları Berlinin simvolu sayılan Brandenburq qapılarına qələbə bayrağını sancmış diviziyanın döyüş yolu haqda danışdılar. Nijniy Novqorod şəhərinin mədəniyyət evində təşkil edilən təqdimat mərasimində müharibə vetranları, onların ailə üzvləri, soydaşlarımız iştirak edirdi. Tamaşaçılar filmə yuksek qiymət verdilər. Nijniy Novqorod şəhərinin meri Oleq Sorokin tədbirdə iştirakını təkcə filmi seyr etməklə məhdudlaşdırmadı. Həm də Azərbaycanın müharibə illərindəki xidmətlərindən danışdı Film Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə Moskva və Sankt - Peterburq şəhərlərində də təqdim edilib. Sırada Rusiyanın digər şəhərləridir. Filmin seyrindən sonra tədbir qeyri - rəsmi şəraitdə davam etdi. Veteranlar və Nijniy Novqorod ictimaiyyəti Azərbaycan - Rusiya dostluğu haqda danışdılar Anar Həsənov

13:00 / 07.05.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 16
Bu gün: 9439
Bu ay: 260902
Ümumi: 14395263
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın