/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Uroloqların 1-ci beynəlxalq konqresi keçirilir

Şriftin ölçüsü:  11px13px15px17px

«Azərbaycanda müxtəlif uroloji cərrahi əməliyyatlar, böyrək transplatasiyası uğurla həyata keçirilir. Əhaliyə göstərilən uroloji xidmətin keyfiyyəti bir sıra ölkələrə nümunədir». Bu fikirlər Bakıda işinə başlayan Azərbaycan uroloqlarının birinci beynəlxalq konqresində səslənib. Azərbaycanda böyrək daşlarının açıq əməliyyat yolu ilə götürülməsi üsulunun tətbiqi həyata keçirilməyəcək. Dünya təcrübəsi göstərir ki, böyrək daşları lazer şüaları vasitəsilə tam üyüdülür. Bu üsulla daşlar toz halına gətirilir və buxarlanır. Açıq əməliyyata ehtiyyac qalmır. Mütəxəssislərin sözlərinə görə bu üsulun həyata keçirilməsi ona görə vacibdir ki, açıq əməliyyat zamanı qanaxma riskini minimuma endirir.
Azərbaycan urologiya sahəsində hələ Sovet dövründən bir çox ilklərə imza atıb. Məsələn, böyrəkköçürmə əməliyyatı 1972-ci ildə Qafqaz və Orta Asiya ölkələri arasında ilk dəfə Azərbaycanda aparılıb. Müasir dövrdə də bu sahədə yüksək nailiyyətlər əldə olunur.
Bu və digər məqamlar Azərbaycan uroloqlarının birinci beynəlxalq konqresi zamanı müzakirə olundu. Konqresdə Türkiyə, Rusiya, Belarusiya, Almaniya, Moldovadan olan mütəxəssislər iştirak edərək, yerli həkimlərlə təcrübə mübadiləsi aparırlar. Həkimləri Təkmilləşdirmə İnstututu, Milli Onkologiya Mərkəzinin Təşkilatçılığı ilə keçirilən konqres iki gün davam edəcək.

Təranə Ziyadzadə

19:00 / 04.05.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 22
Bu gün: 14687
Bu ay: 43625
Ümumi: 17264078
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın