
Ölkəmiz müstəqillik qazandıqdan sonra İslam dəyərlərinə diqqət getdikcə artır. Bunu Qaxda keçirilən regional konfransda Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, bölgələrdə davamlı olaraq belə tədbirlərin keçirilməsində məqsəd dini marifləndirmə yolu ilə milli mənəvi və islami dəyərlərin qorunmasıdır. "Ənənəvi İslam dəyərləri və müasirlik " mövzusunda keçirilən tədbirdə dövlət din münasibətləri və hazırki şəraitdə din sahəsində həyata keçirilən işlər barədə söhbət aparılıb. Daha sonra komitə sədri və digər qonaqlar Qax şəhər məscidi və Qax-İngiloy kəndindəki müqəddəs Georgi kilsəsini ziyarət edərək dindarlar və icma üzvləri ilə görüşüblər. Komitə sədri kilsə rəhbərinə xalqlarımızarası dostluq sinvolu olan hədiyyə təqdim edib. Mubariz Qurbanlı belə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
09:00 / 30.04.2015