
“Müxtəlif vaxtlarda Azərbaycanın daxili işlərinə qarışan, təzyiq göstərən xarici qüvvələr olur, amma biz onların qarşısını vaxtında ala bilirik”. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının üzvləri ilə görüşdə belə deyib. Bildirib ki, Azərbaycan həmişə din pərdəsi altında məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı ehtiyatlıdır. Allahşükür Paşazadə dünyada dini radikalizmə və məzhəb ayrı-seçkiliyinə qarşı mübarizə apara bilməyən, hətta buna meylli olan və onları maliyyələşdirən ölkələrin olduğunu vurğulayıb. Amma bunun Azərbaycanda mümkün olmadığını diqqətə çatdırıb.
19:00 / 27.04.2015