/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Dərman bitkiləri ilə müalicə

Şriftin ölçüsü:  11px13px15px17px

Azərbaycan dərman bitkisi resurslarına görə dünya ölkələri arasında ilk üçlükdə yer alıb. Ölkəmizdə bitən şəfalı bitkilərin 160-dan çox növü ümumdünya səhiyyə təşkilatının dərman bitkiləri siyahısına daxil edilib. Amma hazırda Azərbaycanda tibb sahəsində kimyəvi dərman preparatlarından istifadəyə daha çox üstünlük verilir, nəinki şəfalı bitkilərə. Bunun səbəbi nədir və hansı müalicə üsulu daha məqsədəuyğun hesab edilir? Yer kürəsində mövcud olan minə yaxın dərman bitkisinin 400-dən çoxu Azərbaycanda yetişir və onların 50 faizə qədəri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dərman bitkisi kimi təsdiqlənib. Amma bu, çox hallarda həkimlərin xəstələr üçün təyin etdiyi müalicə üsullarında, əksini tapmır.
Mütəxəssislər bunun səbəbini həkimlərin şəfalı bitkilər barədə məlumatsız olmasında görür. Həkimlər məsələyə nisbətən fərqli mövqedən yanaşırlar. Onların fikrincə dərman bitkiləri barədə informasiya qıtlığı belə otların geniş istifadəsinə mənfi təsir göstərir. Həkim-cərrah mübariz əliyev deyir ki, dərman bitkiləri bütün xəstəliklərə qarşı təyin edilə bilməz. Məsələn, öd daşlarının otlarla əridilməsi cəfəngiyyatdır və bunu iddia edənlər hətta məsuliyyətə cəlb olunmalıdırlar. Amma həzm sistemi pozğunluqlarında, ağız boşluğunun selikli qişası, eləcə də mədə xəstəliklərində müalicəvi otlardan faydalanmaq mümkündür. Amma vacib məqamlar nəzərə alınmaqla.
Satışda olan bu bitkilərin yığılıb qurudulmasına xüsusi diqqət yetirilməlidir. Dərman bitkiləri əsasən çiçəkaçma dövründə yığılmalı və günəş şüasının düşmədiyi yerlərdə qurudulmalıdır. Əks halda istifadəyə yararsız hesab olunur. Əslində dərman bitkilərilə müalicə tarix boyu mövcud olub amma geniş yayılmamasının səbəbi, kimyəvi dərman preparatlarına nisbətdə az təsir gücünə malik olmasıdır. Farmakoloq Vəli Əsmətov belə deyir. Bir sözlə elm də bitkilərlə müalicə metodunu inkar etmir.
Hipokrat deyirdi ki, xəstəliyi təbiət sağaldır. Həkimlərsə sadəcə kömək edir. İbn sina isə «Xəstələnsən, təbiətə müraciət et, nicat taparsan» deyirdi. Bir sözlə xalq təbabəti ilə müalicə daim aktul olub. Amma unutmayaq ki, şəfalı bitkilərdən istifadə edərkən, həkim məsləhəti zəruridir.
Təranə Ziyadzadə

13:00 / 23.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 21
Bu gün: 713
Bu ay: 29651
Ümumi: 17250104
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın