/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

“Lider tv” daha bir uğura imza atıb

Şriftin ölçüsü:  11px13px15px17px

Efirində yalnız lisenziyalı filmlərə yer verən “Lider” televiziyası bu sahədə növbəti uğura imza atıb. Telekanal dünyaca məşhur film şirkəti - “Paramount pictures corporation”-la bədii filmlərin yayımı ilə bağlı müqavilə imzalayıb.
Hər zaman lider olan “Lider televiziya”-sı müəllif hüquqlarını qorumaqla, efirində yalnız lisenziyalı filmlərə və seriyallara yer verməklə də azərbaycan teleməkanında birincidir. Yarandığı gündən piratçılıqla mübarizə aparan telekanal “Paramount pictures” kimi məşhur şirkətlə müqavilə imzalayıb. Şirkətə məxsus filmlər razılaşma əsasında liderin tamaşaçılarının ixtiyarına veriləcək.
“Paramount pictures corporation” hollivudun 6 ən böyük kinostudiyalarından biridir. 2014-cü ildə şirkət, yalnız rəqəmsal filmlərin çəkilişlərinə başlamaqla hollivudun ilk böyük studiyası oldu. Məşhur “İndiana jones”, “Xaç atası”, “Star trek”, “Jack ryan”, “Timsah dundee” filmlərinə imzasını qoyan “Paramount pictures”-in “Lider televiziya”-sı ilə əməkdaşlığı, sözsüz ki, bu sahəyə müsbət təsir göstərəcək.
Piratçılıqla mübarizədə “Lider televiziyası”-nın attıdığı bu addımı kino mütəxəssisləri də yüksək qiymətləndirir. Kinoşünas Elşən Zeynallı deyir ki, yayımına və izləyicilərinə hörmət edən hər bir telekanal efirində yalnız lisenziyalı teleməhsullara yer verməlidir.
Ölkədə ilk dəfə yalnız lisenziyalı filmlərin yayımına başlayan «Lider» televiziyası bundan əvvəl beynəlxalq səviyyədə tanınan “Worner brosers”-ə məxsus 250 filmin nümayişinə qanuni yolla icazə alıb. Bundan başqa, Fransa klassik filmlərini istehsal edən “Marrios prodaction”, sənədli filmlər çəkən “Discoveriy comnecation”, “Discoveriy interpraysers” və hind filmləri ilə tanınan “Eres international” şirkətləriylə də müqavilələr bağlayıb.
Filmlərin hamısı telekalın dublyaj redaksiyasında səsləndirilib. Bundan slonra da «Lider»-in daimi izləyiciləri müəllif hüquqlarına əsaslanan filmləri yalnız bizim efirimizdən izləyə biləcəklər.

Fidan Əliheydər

19:00 / 14.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 19
Bu gün: 9290
Bu ay: 260753
Ümumi: 14395114
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın