/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Molla Nəsrəddin»-in yarandığı gündür

Şriftin ölçüsü:  11px13px15px17px

Bu gün Azərbaycanın ilk satirik jurnalı olan «Molla Nəsrəddin»-in yarandığı gündü. Dövrün məziyyətlərini, situasiyanın məğzini, yaxud insanın xarakterini, xasiyyətini xalqın anlayacağı dildə yaymaq və yaxud da karikaturalarda bunu izah etməyə çalışmaq o zaman üçün elə də asan deyildi. Bunun üçün xüsusi bacarıq lazım idi. Bu günkü karikaturaçılar da bu ənənəyə sadiq qalmağa çalışırlar.
«Molla Nəsrəddin» jurnalının birinci sayının çapdan çıxmasından 109 il keçir. 7 aprel 1906-cı ildə nəşrə başlayan «Molla Nəsirəddin» jurnalı xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli ədibləri ətrafına topladı. Jurnalın baş redaktorunun Cəlil Məmədquluzadə kimi açıq fikirli bir ziyalının olması isə məşhur, şair yazıçı və jurnalistləri tez bir zaman ərzində «Molla Nəsirəddin»-in ətrafına toplamağa imkan verdi.
«Molla Nəsrəddin» həm də karikaturaları ilə məşhur idi. Jurnalda çap olunan karikaturalar milləti oyatmağa, özlərinə gülməklə əslində cəhalət və xurafat içində uyuyan milləti ayıltmaq məqsədi daşıyırdı. Bu satirik gülüş isə Oskar Şmerlinq, Rotter, Əzim Əzimzadə kimi tanınmış rəssamların istedadını bir daha ortaya qoyurdu.
«Molla Nəsrəddin» jurnalında ilustürasiya karikaturaları da çap edilirdi. Məhz bunun nəticəsi idi ki, sonrakı tarixi mərhələlərdə karikaturadan müxtəlif dərgilərdə də istifadə olunurdu. Ümumiyyətlə isə karikatura movcud dəyərlərə, sosial problemlərə və siyasi hadisələrə şəkil vasitəsi ilə satirik yanaşmadır. Sevindirici haldır ki, ölkəmizdə bu sənəti indi də yaşadanlar var.
Soltan Soltanlı 20 ildirki karikatura çəkir, ixtisasca filoloq olsa da karikatura ilə özünü ifadə etdiyini düşünür. Deyir ki, rəssam yaratdığı əsərlərdə ortaya fikir qoymalı, cansız əşyalara belə ruh verməyi bacarmalıdı. Karikaturacı rəssamın müxtəlif mövzularda çəkdiyi əsərlər ənənəvi karikaturadan seçilir. Beləki, çəkilən bütün şəkillərin fəlsəfi mənası var. Əvvəl gülüş doğuran bu əsərlər tamaşaçını düşündürməyə də qadirdir. Karikatura sosial mövzuları gülüşlə çatdıra bilən mükəmməl bir janırdır. Şahidi olduğumuz əsərlərin hər birində fərqli olsa da eyni iztirab təsvir edilib. Hadisələrə, insanlara və həyata dair müxtəlif mövzuları əhatə edən əsərlər, illərin zəhməti hesabına başa gəlib. Bəzən karikatura dedikdə yalnız gülüş yada düşür lakin istənilən əsərdə fəlsəfi məna var. Müəyyən bir fikir var. Maraqlıdır ki, bu karikaturalarda zaman anlayışı yoxdur. Çünki burda həyatın müvəqqəti olduğunu göstərən əsərlərdən tutmuş insanların mənəvi faciəsinə qədər hər şey əks olunub. Bu əsərləri seyr etdikcə bir daha əmin oldum ki, karikaturanın gülüşü altında böyük mətləblər gizlənir. «Molla Nəsirəddin» jurnalında karikaturadan istifadə edilməsi isə Cəlil Məmmədquluzadə dahiliyi idi. Bu gün karikaturaçı rəssamlarımız da «Mola Nəsirəddin» irsini qorumaqla yanaşı, bu janrın böyük bir incəsənət olduğunu nümayiş etdirirlər.
Nurlan Vilayətoğlu

13:00 / 07.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 14
Bu gün: 1933
Bu ay: 151674
Ümumi: 14286035
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın