/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

«Lider» TV beynəlxalq əlaqələrini genişləndirir

Şriftin ölçüsü:  11px13px15px17px

«Lider» televiziyası ilə Türkiyənin ən böyük informasiya agentliyi olan «Anadolu» agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Müqaviləyə əsasən, agentlik dünyanın ən qaynar nöqtələrində baş verən hadisələri dərhal «Lider» TV –yə göndərəcək. 15 yaşını qeyd etməyə hazırlaşan «Lider» televiziyası beynəlxalq əlaqələrini genişləndirir. Telekanalımızın xarici tərəfdaşları arasına Türkiyənin ən böyük informasiya agentliyi olan «Anadolu» agentliyi də əlavə olundu. «Lider» TV ilə «Anadolu» arasında əməkdaşlıq sazişi imzalandı. Müqavilyə əsasən tərəflər arasında informasiya mübadiləsi həyata keçiriləcək, «Anadolu» dünyanın dörd bir yanında baş verən hadisələri dərhal «Lider tv»-yə göndərəcək. Anadolu agentliyi təkcə Türkiyənin deyil, dünyanın böyük xəbər agentliklərindən biridir. Və iri agentliklərlə rəqabət aparmaqdadır. Hazırda agentliyin 150 ölkədə ofisi yerləşir, 2500 işsiçi var. Gün ərzində agentliyə 1500 xəbər yerləşdirilir. Bunun 1000-i foto, 500-ü isə video şəklində yayımlanmaqdadır. Türk dili ilə yanaşı, 8 dildə məlumat yayımlanır. «Lider» televiziyiasında olan «Anadolu» agentliyinin təmsilçiləri telekanalın maddi texniki bazası ilə tanış oldular, bir sıra proqramların çəkiliş prosesini izlədilər. Agentliyin Asiya və Qafqaz üzrə təmsilçisi tolqa özgenç bildirdi ki, Azərbaycanda kifayət qədər tamaşaçısı olan telekanalla əməkdaşlıq «Anadolu» üçün də olduqca maraqlıdır. 15 ildir fəaliyyət göstərən «Lider» televiziyası hər zaman yayımın və verilişlərin keyfiyyətinin artırılmasına böyük önəm verib. Bu məqsədlə daim xarici təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıq genişləndirilir. «Anadolu» agentliyi ilə bağlanan müqavilə də dünyada baş verən hadisələrin tamaşaçılara operativ çatdırılması məqsədi daşıyır. Lider televiziyası indiyədək bu məqsədlə qərb informasiya agentlikləri ilə əməkdaşlıq edib. Lakin son dövrlər onların obektivliyi qane etmədiyindən qardaş Türkiyənin «Anadolu» agentliyi ilə əməkdaşlıq qurulmasına qərar verilib. İmzalanan yeni saziş tamaşaçılara daha operativ və obyektiv xəbərlər çatdırmağa imkan verəcək.

19:00 / 06.04.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 18
Bu gün: 9254
Bu ay: 260717
Ümumi: 14395078
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın