
Mart Azərbaycan cazi üçün əlamətdar ay hesab olunur. İki məşhur cazmen - Vaqif Mustafazadə və Rafiq Babayev məhz bu ayda dünyaya gəlib. Radio Liderin «Cazz tarixi» verilişi bu dəfə Xalq artisti, bəstəkar Rafiq Babayevə həsr olunub. Proqram maraqlı söhbətlərlə yadda qalıb.
Musiqi aləminə yeni nəfəs, fərqli baxış gətirib Rafiq Babayev. O, Şərq və Qərb musiqi ənənələrinin sintezini, muğam və xalq melodiyalarını caz ritmləri ilə birləşdirən sənətkarlardan biridir. “Anlamaq istəyirəm”, “Əlvida”, “Portret”, “Aylı gecələr” kimi məşhur əsərlər onun adı ilə bağlıdır. «Lider radio 107 fm»-in qonağı, bəstəkarın qızı, musiqiçi Fərizə Babayeva onun həyatı və yaradıcılığı haqqında fikirlərini bölüşdü. Fərizə Babayeva atasının çoxsaylı caz, estrada əsərləri, pyes və mahnılarından danışdı. Rafiq Babayevin musiqidə qazandığı uğurlarından bəhs edildi.
1937-ci il, martın 31 - də ünyaya göz açan Rafiq Babayev 1994-cü ildə elə həmin ayın 19- da “20 Yanvar” metro stansiyasında törədilmiş terror aktı nəticəsində həyatla vidalaşıb.
Fidan Əliheydər
13:00 / 16.03.2015