/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Onkologiya Mərkəzinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans öz işinə başladı

Şriftin ölçüsü:  11px13px15px17px

Milli Onkologiya Mərkəzi ilə dünyanın ən böyük klinikası Md Anderson Xərçəng Mərkəzinin birgə təşkil etdiyi beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbirdə xərçəng xəstəliyinin problemləri araşdırılıb. Uşaq xərçəngi ilə mübarizədə yeni metodlardan istifadə edilməsi müzakirə edilib.
21 ölkənin iştirak etdiyi konfransda onkologiya sahəsindəki yeni və müasir metodlardan istifadə qaydaları müzakirə olundu. Azərbaycanlı həkimlərin əməliyyatları izlənildi. Və bu əməliyyatların nəticəsi, əməliyyat zamanı istifadə olunan müasir avadanlıqlar, yeni yöntəmlərin istifadəsi barədə məlumat verildi. Md Anderson Xərçəng Mərkəzinin nümayəndələri xüsusilə qıtlaq, tənəffüs yolları sahəsindəki xərçəng xəstəliyinin fəsadlarının aradan qaldırılmasının çətin olduğunu amma azərbaycanlı həkimlərin bu sahədə böyük irəliləyişlər əldə etdiyini vurğuladılar. Birləşmiş Ştatların ən böyük mərkəzi hesab olunan Md Anderson Xərçəng Mərkəzi ilə Milli Onkologiya Mərkəzi arasında bir sıra müqavilələr imzalandı.
Md Anderson Xərçəng Mərkəzinin nümayəndəsi Cezar Nunez isə bildirdi ki, Azərbaycanda çox müasir və yenimetodlardan istifadə olunur. Xüsusilə açıq əməliyyatların yerinə endoskopik əməliyyatların təşkil edilməsi böyük uğurdan xəbər verir.
Konfransda qırtlaq və tənəffüs yolları xərçənginin geniş yayıldığı və bu sahədə son dövrlərdə daha böyük işlərin aparılmasının vacibliyi vurğulandı. Və bildirildi ki, Azərbaycanda da bu sahədə böyük işlər görülür. Muasir avadanlıqlar alınıb. Və uğurlu əməliyyatlar aparılır. Konfransda uşaqlar arasında xərçəng xəstəliyinin də son dövrlər artması və bunun qarşısının alınması da müzakirə olundu. Bildirildi ki, hər il dünyada təxminən 14 milyona yaxın uşaq xərçəng xəstəliyinə tutulur.
Konfransda o da bildirildi ki, Milli Onkologiya Mərkəzi Avropanın 5-ci xərçəng mərkəzi seçilib. Və bütün avropa ölkələrindən olan həkimlər bu mərkəzdə tez-tez bir araya gələrək yeni metodların istifadəsi ilə bağlı müzakirələr aparacaqlar. Və bu işlərdə azərbaycanlı mütəxəssislərin də əməyi böyük olacaq.
Vüsal Qaraca

13:00 / 14.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 29
Bu gün: 8957
Bu ay: 158698
Ümumi: 14293059
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın