/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Bir çayın suyu artıb, birinin suyu isə quruyub

Şriftin ölçüsü:  11px13px15px17px

Ötən ay yağan qar bəzi rayonlarda fəsadlar törətsə də, suyu azalmaqda olan kiçik hövzələrdə bol su ehtiyatı yaradıb. Ölkənin ən iri çayı, Kürdə də suyun səviyyəsi yüksəlib. Bunun əksinə olaraq isə Pirsaat çayı quruyub.
Artım çayın aşağı hissəsində, qarın daha çox yağdığı Salyan və Neftçala rayonları ərazisində müşahidə olunur. Burada son bir həftə ərzində suyun səviyyəsi 1 metrə yaxın çoxalıb. Hazırda çayın bu hissəsindən saniyədə 350 kubmetrə yaxın su axır. Halbuki 10 gün əvvəl Kürdə su indikində 40 faizə yaxın az idi.
Kürdən fərqli olaraq Pirsaat çayında vəziyyət ürəkaçan deyil. Payız-qış ayları quraqlıq keçdiyindən çayın üzərində yerləşən Pirsaat Su Anbarında kifayət qədər su toplamaq mümkün olmayıb. Buda ondan xəbər veririr ki, yay aylarında əkin sahələrinin suvarılmasında çətinliklər yaşanacaq.
7 milyon kubmetr su tutumu olan hövzədə hazırda 250 min kubmetrə yaxın su toplanıb. Bunla isə təxminən 60 hektar əkin yerini suvarmaq olar. Lakin su anbarı 5 min hektardan çox ərazinin suvarma suyu ilə təmin olunmasına hesablanıb.
Elman Əliyev

13:00 / 04.03.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 32
Bu gün: 5431
Bu ay: 256627
Ümumi: 13746243
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın