/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Uşaqlar tibbi müayinə olunur

Şriftin ölçüsü:  11px13px15px17px

Ölkənin bütün rayonlarında təşkil olunan “Sağlamlıq aylığı” tibbi aksiyası Salyanda daha geniş miqyasda həyata keçirilir. Müayinəyə bağça üşaqları və məktəblilər də cəlb olunub. İlkin nəticələr pis olmasa da, bağçalarda xoşagəlməz məqamlara rast gəlinib. Müayinələr uşaqlar arasında ciddi yolxucu xəstəliklərin olmadığını göstərib. Lakin qurd, anemiya, virus, həmçinin nevroloji xəstəliklər çox aşkarlanıb.
Aksiya zamanı bəzi uşaq bağçalarında autizmdən əziyyət çəkən uşaqların sağlam yaşıdları ilə bir yerdə tədrisə cəlb olunması da müəyyən olunub. Qeyd edək ki, autizm xəstələrinin qeyri-normal hərəkətləri digər uşaqlara zərərli vərdişlər aşılayır. Üstəlik bu fakt tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
Müəllimlər deyir ki, rayonlarda autizmli xəstələr üçün ixtisaslaşmış uşaq bağçası və ya mövcud uşaq evlərində ayrıca qruplar yaradılmalıdır. Tibbi aksiyaya bütün uşaqlar cəlb ediləcək. Xəstəlik aşkarlanan azyaşlılar həm də pulsuz müalicə olunacaqlar.
Elaman Əliyev

13:00 / 12.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 24
Bu gün: 11809
Bu ay: 305099
Ümumi: 15655335
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın