/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Talassemiya ilə mübarizə

Şriftin ölçüsü:  11px13px15px17px

Prezident İlham Əliyevin təsdiqlədiyi «Talassemiya ilə mübarizə» üzrə dövlət proqramı xəstəliyin genişlənməsinin qarşısını alacaq. 5 illik strategiyanın hədəfləri müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır. Hər il 200-dən artıq uşaq bu xəstəliklə doğulur. Şəki, Ağdaş, Masallı, Sabirabad, Oğuz, Göyçay rayonlarında bu xəstəliyə daha çox rast gəlinir. Prezident İlham Əliyevin təsdiqlədiyi “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün dövlət proqramı” yaşanan problemləri minimuma endirməyi nəzərdə tutur. Sənədin əsas məqsədi ölkədə talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik, eləcə də ölüm hallarını azaltmaqdır. Bunun üçün Azərbaycanda nikaha daxil olmaq istəyənlər arasında talassemiya daşıyıcıları üzrə vahid elektron proqram hazırlanacaq. Müasir dövrdə texniki avadanlıqlar talassemiya xəstəliyinin diaqnozunun qoyulmasına imkan verir. Bunun üçün bu cihazlar vasitəsilə döldə uşağın talassemiya xəstəsi olub-olmadığını öyrənmək mümkün olur. Mütəxəssislər hesab edirlər ki, talassemiya ilə mübarizəyə dair dövlət proqramı xəstəliyin genişlənməsinin qarşısını almağa imkan verəcək. Fidan Əliheydər

19:00 / 11.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 27
Bu gün: 2895
Bu ay: 100083
Ümumi: 17320536
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın