/* */
Online xəbərlər
Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||   Azerspace-1 46°E Tezlik 11135 MHz Polyarizasiya H Axın sureti 27500 FEC 5/6  ||  
Xəbərlər

Cəmiyyət

Sayt «Bum-bumu»

Şriftin ölçüsü:  11px13px15px17px

«Lider» televiziyasına ləkə yaxmaq cəhdi. Yağışdan sonra artan göbələklər kimi sayı gündən-günə artan xəbər saytları oxunmaq naminə bütün yollardan istifadə edirlər. Hətta yalan xəbər yayıb, sonradan onu təkzib etməkdən belə utanmırlar.
Azərbaycanda təkcə sayt bumu yox, həm də sayt bum-bumu yaşanır. Yəni bir tərəfdən, saytlar çoxdur, digər tərəfdən isə, o saytların çoxunun içi onları yaradanların başından fərqlənmir. Barmağını büküb, yüngülcə vursan, ikisindən də `bum-bum` səsi gələcək. Belə bum-bum saytlardan biri də `liderxəbər` adlı hərf və şəkil yığınıdır. Maraqlıdır, bunlar harada və nədə lider olublar? Bəlkə oxucu sayına, ya istinadların miqdarına görə? Yox, bu saytın adı heç `ay-ti` kimi oxunan İT dəftərində də yoxdur . Onlar, sadəcə, parazitlikdə liderdirlər. Lider televiziyasının adından faydalanaraq, media olmaq istəyirlər. Halbuki, buna nə mənəvi haqları var, nə də hüquqları.
Düzdür, bu, həyasızlıqdır, amma betəri də var. Betəri isə odur ki, həm kiminsə adının arxasında gizlənib, reketlik etməyə çalışasan, həm də arxasında gizləndiyinə böhtan atasan. Üstəlik, üslub səhvlərilə dolu böhtan. Buyurun: `Lider Televiziyasında kütləvi gedişlər baş alıb`. Əvvəla, Azərbaycan dilində danışırıqsa, kütləvi gediş baş verə bilər, ala yox. Ümumiyyətlə, bu saytı işlədənlərin baş ilə bağlı tək problemi bu deyil. Bir başlığı düzgün yaza bilməyən adamların bum-bum saytı hansı gündə olacaq, özünüz təsəvvür edin.
Başlığın altında yazılıb: `Lider Televiziyasının daha bir aparıcı əməkdaşı telekanalı tərk edib`. Bir əməkdaşın getməsi nə vaxtdan kütləvi gediş sayılır? Yazıda deyilir ki, kütləvi gedişlərə səbəb telekanalda süni şəkildə yaradılan gərgin mühitdir. İki saat sonra isə sayta başqa xəbər qoyulub. Bu xəbərdə həmin `kütləvi` gedən əməkdaş – Rövşən Məmmədov bildirir ki, deyilənlər tamamilə yalandır. Beləliklə, sayt özü-öz xəbərini təkzib edir.
Beləcə, ortada KÜTləvilik söhbəti yoxdur, olsa-olsa KÜT-lük söhbəti var. Əvvəla, saytına ad tapa bilməyib, başqasının adına parazitlik edirsən. Sonra parazitlik etdiyinə böhtan atmaq istəyirsən, amma bunu düz-əməlli etməyə savadın da çatmır. Daha sonra isə öz böhtanını özün təkzib edirsən, amma yalan olduğunu etiraf etdiyin xəbəri saytda saxlamaqda davam edirsən. Reket jurnalistikasının tipik dəsti-xəttidir.
Sayt bumunu sayt `bum-bum`una çevirən bu reketlər təkcə `Lider`in problemi deyil. Nə qədər ki milli internet məkanı zibilliyə çevrilməyib, bu cür reket saytlarla bağlı ciddi düşünməyin vaxtıdır.

19:00 / 03.02.2015
 Dosta göndər   Çap et     Geri     Yuxarı 
Günün videosu
Teglər
Səhifəyə daxil olanların sayı

Online: 10
Bu gün: 22546
Bu ay: 127818
Ümumi: 14262179
Ölkə: Azerbaijan

RSS feed
rss-xəbərlərə qoşulmaq üçün buraya daxil olun

WAP
WAP-la xəbərləri izləmək buraya daxil olun

E_MAİL
bizə yazın