
“Uroonkoloji xəstəliklər xərçəng xəstəlikləri arasında ən çox yayaılanıdır. Lakin bu xəstəlik xərçəngin digər növləri ilə müqayisədə ən asan və tez sağalır”. Bu fikirlər Avrasiya Uroonkoloji Cəmiyyətin Bakıda keçirilən 6 -cı qış konqresində səsləndirlib. Türkiyə və Azərbaycan səhiyyə nazirliklərinin Milli Onkologiya Mərkəzi ilə birgə keçirdiyi beynəlxalq tədbirdə uroonkolojiyanın müalicəsində əldə edilən nailiyyətlərə toxunulub. Bu sahədə cərrahiyyənin yeni metodlarından söz açılıb. 3 gün davam edəcək konqresdə endoskopik əməliyyatları və digər praktiki kurslar da keçiriləcək, müvafiq sertifikatlar veriləcək.
13:00 / 30.01.2015