
«Lider» TV - yə mobil reportyor proqramı vasitəsilə özündə xəbər yükü daşıyan video və ya şəkil göndərənlər indi hədiyyə qazanmaq imkanı da əldə edəcəklər. Bizimlə əməkdaşlıq etmək istəyənlər maraqlı görüntülərə görə, nə qazanacaqlar? Bu kadrlar ireporter proqramı vasitəsilə göndərilib və bəyənilərək efirimizdə yer alıb. Vətəndaş jurnalistikasıyla məşğul olanlar, diqqətinizi çəkən hadisənin görüntüsünü göndərməklə siz həm tanınmaq, həm də balansınızı artırmaq imkanı qazanırsız.
Əgər siz də şahidi olduğunuz hər hansı bir hadisənin görüntülərinin lider tv – də yayımlanmasını istəyirsizsə, İ reporter proqramını androit tipli mobil telefonunuza yükləyin.
Prqramı yükləmək üçün telefonda pleymarketə daxil olub, ireporter yazıb axtarışa veririk. Ekrana «Lider» TV aplicationu gəlir. Onu telefona yükləyirik, bundan sonra foto və ya video bölümünə daxil olaraq çəkdiyiniz görüntünü avtomatik olaraq, lider tv-nin ünvanına göndərmiş olursuz. Bizdən biri olmaq istəyən mobil reportyorlar, hər şey bircə düymədən asılıdır.
Fidan Əliheydər
13:00 / 22.01.2015